Qitanas Nauseda - Litva Gürcüstanın Avropa inteqrasiyası cəhdlərini dəstəkləyir
Qitanas Nauseda - Litva Gürcüstanın Avropa inteqrasiyası cəhdlərini dəstəkləyir

Gürcüstanda bütün zəruri demokratik islahatlara sadiqliyinizi qiymətləndirirəm və ölkənizin bu yolda qalmasını arzulayıram, – bu barədə Litva prezidenti Qitana Nauseda sosial şəbəkədə Gürcüstan prezidenti Salome Zurabişvilinin müraciətinə belə əks səda verir.

Litva Prezidenti qeyd edir ki, onun ölkəsi Gürcüstanın Avropaya inteqrasiya cəhdlərini dəstəkləyir.

“Litva Gürcüstanın Avropa inteqrasiyası cəhdlərini dəstəkləyir. Xanım prezident, Gürcüstanda bütün zəruri demokratik islahatlara sadiqliyinizi qiymətləndirirəm və ölkənizin bu yolda qalmasını arzulayıram”, – Qitanas Nauseda “tvitterdə” yazır.

Gürcüstan prezidenti, Salome Zurabişvili Avropa liderlərinə Gürcüstana dəstək üçün müraciət etdi. Salome Zurabişvili Avropa liderlərinə videomüraciətləri “tvitterdə” paylaşdı.