Qitanas Nauseda Kiyevə getdi
Qitanas Nauseda Kiyevə getdi

Litva prezidenti, Qitanas Nauseda Kiyevə getdi. Medianın yazdığına görə, Nauseda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək və Ukrayna Konstitusiyasının qəbulunun 27-ci ildönümü üçün planlaşdırılan tədbirdə iştirak edəcək.

Medianın məlumatına görə, Litva və Ukrayna prezidentləri NATO-nun iyulda Vilnüsdə keçirilməsi planlaşdırılan sammitinin gündəliyini, həmçinin Ukraynanın Avropa İttifaqına daxil olması, Litva və Avropa İttifaqınıln Ukraynaya yardımı ilə bağlı danışıqların gedişatını müzakirə edəcəklər.

Litva prezidentinin mətbuat xidmətinin yaydığı məlumatına görə, Nauseda Kiyevdən cümə axşamı Avropa liderlərinin sammitinin başlanacağı Brüsselə yola düşəcək.