Qitanas Nauseda - Avropa İttifaqı üçün gürcü və moldova xalqını tərk etməmək vacibdir, onların Avropa arzusundan uzaqlaşmasına icazə verməməliyik
Qitanas Nauseda - Avropa İttifaqı üçün gürcü və moldova xalqını tərk etməmək vacibdir, onların Avropa arzusundan uzaqlaşmasına icazə verməməliyik

 
Kreml Gürcüstan və Moldovanın öz gələcəyini müəyyən etməsini istəmir və demokratik proseslərə ziyan vurmaq üçün hər şeyi edir – bu haqda Litvanın Prezidenti Qitanas Nauseda ” Twitter” səhifəsində yazır.

Nausedanın yazdığı kimi, “gürcü və moldova xalqının Avropa arzusundan uzaqlaşmasına” icazə verməməlidirlər.

“Rusiya Avropa İttifaqının qonşuluğunda hibrid əməliyyatlarını artırır. Gürcüstandakı parlament seçkiləri, Moldovada Avropa İttifaqı ilə bağlı referendum buna sübutdur. Kreml Gürcüstan və Moldovanın öz gələcəyini müəyyən etməsini istəmir və demokratik proseslərə ziyan vurmaq üçün hər şeyi edir. Avropa İttifaqının gürcü və moldova xalqını tərk etməməsi vacibdir. Biz onların Avropa arzusundan uzaqlaşmasına icazə verməməliyik. Biz vətəndaş cəmiyyətini dəstəkləməliyik və xalqın səsinin öz ölkələrinin gələcəyinin müəyyən edilməsində həlledici olmasını təmin etməliyik” – Qitanas Nauseda yazır.