Qitanas Nauseda ABŞ və Avropa İttifaqı arasındakı ticarət müharibəsinin tezliklə danışıqlar yolu ilə həll olunacağına ümid edir
Litva Prezidenti Qitanas Nauseda Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasındakı ticarət müharibəsinin tezliklə danışıqlar yolu ilə həll olunacağına ümid edir.
“Mən dəfələrlə demişəm ki, bu müharibədə kimin başlatmasından asılı olmayaraq qalib yoxdur. Bu, müxtəlif dövrlərdə dəfələrlə sınaqdan keçirilib və hər zaman eyni nəticə ilə bitib” – Nauseda bildirib.
Məlumat üçün bildirək ki, bu gün Vaşinqtonda Avropa İttifaqının Ticarət Nümayəndəliyinin rəhbəri Maroş Şefçoviç amerikalı həmkarları, ABŞ-nin ticarət katibi, Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymson Qrier ilə görüşəcək.