Qış təkərləri ilə hərəkət Tbilisi Munisipalitetinin bir neçə yol hissəsində də məcburi olacaq
Qış təkərləri ilə hərəkət Tbilisi Munisipalitetinin bir neçə yol hissəsində də məcburi olacaq

 
Tbilisi Munisipalitetinin sərhədlərində yerləşən yolun ayrı-ayrı hissələrində də dekabrın 1-dən martın 1-dək qış təkərləri ilə hərəkət məcburi olacaq. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına əsasən, qış dövründə meteoroloji şəraiti nəzərə almaqla, polis tərəfindən ola bilsin nəqliyyat vasitəsinin ən azı aparıcı təkərlərinə sürüşməyə qarşı zəncir taxmaq tələbi tətbiq edilsin.

“Ölkə miqyasında qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətinin qış təkərləri, sürüşməyə qarşı zəncirlər və/və ya digər vasitələrlə məcburi olacağı yerlərin/yol hissələrinin siyahısına paytaxt munisipalitetindəki bir neçə yol hissəsi daxildir. Xüsusilə, Zahesi-Rustavi (1-49 km) yol hissəsi; Tbilisi (Qldani)-Tianeti (1-60 km) yol hissəsi; Tbilisi (Pantiani)-Manqlisi (1-32 km) yol hissəsi; Tsğneti-Betania avtomobil yolunun müəyyən hissəsi (1400 m).

Qış təkərində qar dənəciyi rəmzi olmalıdır. Təkər qoruyucunun dərinliyi isə ən azı 3 mm olmalıdır – yüngül avtomobillər (M1) və yük avtomobilləri üçün (N1, N2, N3); 4 mm-dən az olmayan – mikroavtobus (M2) və avtobus (M3) üçün; Təkərin hazırlanmasından 10 ildən çox vaxt keçməməlidir və hazırlanma tarixini təkərin üzərində oxumaq mümkün olmalıdır.

Sürüşmə əleyhinə zəncirə gəlincə, o, zavod qaydası ilə hazırlanmalıdır, nəqliyyat vasitəsinin təkər ölçüsünə və qar/buzla örtülmüş yol səthlərində istifadə üçün uyğun olmalıdır. Zəncir yalnız qar və/və ya buzla örtülmüş yollarda istifadə edilməlidir. Qış təkəri və/və ya sürüşməyə qarşı zəncir müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə, polis şəxsin fərmanla müəyyən edilmiş yerə/yol sahəsinə daxil olmasını qadağan etmək səlahiyyətinə malikdir. Həmçinin, qış təkəri və/və ya sürüşməyə qarşı zəncir müəyyən edilmiş tələblərə cavab vermədikdə və bu nəqliyyat vasitəsi ilə hərəkət yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratdıqda, şəxsin əlindən müvəqqəti olaraq nəqliyyat vasitəsi alına və mühafizə olunan dayanacağa yerləşdirilə bilər. Qış təkəri və sürüşməyə qarşı zəncirin tələblərinə uyğunsuzluq halında şəxs 100 lari miqdarında cərimələnəcək və sürücülük vəsiqəsinə verilən balların sayı beş bal azaldılacaq” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qış təkəri və sürüşməyə qarşı zəncirin müvafiq xüsusiyyətləri, eləcə də xüsusi yol hissələri haqqında ətraflı məlumatı Daxili İşlər Nazirliyinin internet saytında görmək olar.