Qış Olimpiadası | Bu gün Luka Berulava və Anastasiya Metelkina sərbəst proqramla çıxış edəcəklər #1TVSPORT
Qış Olimpiadası | Bu gün Luka Berulava və Anastasiya Metelkina sərbəst proqramla çıxış edəcəklər #1TVSPORT

MilanCortina d’Ampezzoda keçirilən Qış Olimpiadasında bu gün gürcü cütlüyünü izləyəcəyik. Luka Berulava və Anastasiya Metelkina fiqurlu konkisürmədə, idman rəqslərində sərbəst proqramla çıxış edəcəklər. Birbaşa yayımı Gürcüstanın Birinci Kanalı saat 23:00-dan təqdim edəcək.

Metelkina-Berulava cütlüyü dünən qısa proqramda 75.46 xal toplayaraq sərbəst proqrama ikinci yerlə vəsiqə qazanıb.

Xatırladaq ki, onlar Olimpiadanın əvvəlində digər gürcü fiqurlu konkisürənlərlə birlikdə komanda hesabında dördüncü yeri tutublar.

Fevralın 16-da daha bir gürcü idmançı çıxış edəcək. Dağ xizəkçiliyində, slalom növündə Gürcüstanı Luka Buchukuri təmsil edəcək. Yarış Tbilisi vaxtı ilə saat 13:00-da başlayacaq.