Qış mövsümünə hazırlıq işlərinə görə, noyabrın 6-da Vaşlicvari və Saburtalo rayonunda 19 000 abunəçinin, Samqori rayonunda 12 000 abunəçinin qaz təchizatı dayandırılacaq

21:42, 05.11.2025

 

“Tbilisi Energy”nin məlumatına əsasən, qış mövsümünə hazırlıq işlərinə görə, Vaşlicvari və Saburtalo rayonunda 19 000 abunəçinin qaz təchizatı dayandırılacaq.

Şirkətin məlumatına əsasən, qaz təchizatı sabah, noyabrın 6-da saat 11:00-dan noyabrın 7-si saat 11:00-dək dayandırılacaq, qaz təchizatının bərpası cümə günü noyabrın 7-də saat 11:00-dan başlayacaq və 22:00-dək başa çatacaq.

Qaz təchizatının kəsiləcəyi küçələrin siyahısına linkdə baxın.https://te.ge/ka/433/blog/zamTris-sezonis-mosamzadebeli-samushaoebis-gamo-gaz.html

Bununla yanaşı, Samqori rayonunda sabah noyabrın 6-da saat 12:00-dan noyabrın 7-si saat 10:00-dək 12 000 abunəçinin qaz təchizatı dayandırılacaq.

“Tbilisi Energy”də bəyan etdikləri kimi, qaz təchizatının bərpası cümə günü noyabrın 7-də saat 11:00-dan başlayacaq və 22:00-dək başa çatacaq.

Qaz təchizatının kəsiləcəyi küçələrin siyahısına linkdə baxın.https://te.ge/ka/434/blog/zamTris-sezonis-mosamzadebeli-samushaoebis-gamo-gaz.html

Oxşar