Qırmızı dənizdə yunan yük gəmisinə "Husi"lərin hücumu nəticəsində 4 nəfər həyatını itirib, 15 nəfəri isə bu vaxta qədər axtarırlar
Qırmızı dənizdə yunan yük gəmisinə "Husi"lərin hücumu nəticəsində 4 nəfər həyatını itirib, 15 nəfəri isə bu vaxta qədər axtarırlar

 

Qırmızı dənizdə yunan yük gəmisinə yəmənli “Husi”lərin hücumu nəticəsində 4 nəfər həyatını itirib, 15 nəfəri isə bu vaxta qədər axtarırlar.

“Reuters”in məlumatına əsasən, xilasedicilər altı ekipaj üzvünü sudan çıxarıblar. Xilas edilən altı dənizçi suda 24 saatdan çox vaxt keçirib.

“Eternity C” yük gəmisində 25 nəfər olub. Hücum iyulun 7-də günorta saatlarında “Husi” döyüşçülər tərəfindən sürətli qayıqlardan atılmış dəniz pilotsuz aparatları və raketlərlə həyata keçirilib. İyulun 6-da baş vermiş və hədəfi başqa bir yük gəmisi – “Magic Seas”ə oxşar hücuma görə də məsuliyyəti “Husi”lər öz üzərlərinə götürüblər. Gəmi batmazdan əvvəl onun bütün ekipaj üzvlərini xilas ediblər.