Qırmızı dənizdə turistik sualtı qayığın batması nəticəsində azı 6 nəfər həlak olub

16:11, 27.03.2025

 

Misirdə Hurqada yaxınlığında Qırmızı dənizdə turistik sualtı qayığın batması nəticəsində azı 6 nəfər həlak olub. Bu barədə məlumatı “BBC” yayır.

Medianın məlumatına əsasən, 9 sərnişin yaralanıb.

İlkin məlumata görə, göyərtədə 40-a yaxın turist olub. Gəminin batmasına nəyin səbəb olduğu bu mərhələdə bilinmir.

Medianın yazdığı kimi, hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Oxşar