Qiqa Parulava – Konkret partiyalarda gedən proseslər müxalifət cinahına zərər vurur, bütün siyasi partiyaların üzərinə daha çox məsuliyyət düşür

11:34, 25.06.2026

 

Bütün siyasi partiyaların üzərinə daha çox məsuliyyət düşür, konkret partiyalarda gedən proseslər müxalifət cinahına zərər vurur – bu barədə Gürcüstanın Birinci Kanalına “Qaxaria Gürcüstan Naminə” partiyasının parlament fraksiyasının sədr müavini Qiqa Parulava açıqlayıb.

O, müxalifət partiyalarının çoxunda məsuliyyət hissinin olmadığını deyib.

“Ayrı-ayrı müxalifət partiyalarının üzərinə daha çox məsuliyyət düşür, lakin təəssüf ki, müxalifət partiyalarının çoxunda bu məsuliyyət hissi yoxdur. Konkret partiyalarda gedən proseslər bunun bariz sübutudur. Təbii ki, onların daxili prosesləri bizi maraqlandırmır, lakin bütün bunlar müxalifət cinahına və cəmiyyətin siyasi partiyalara olan münasibətinə zərər vurur. Əlbəttə, bütün siyasi partiyaların üzərinə daha çox məsuliyyət düşür” – Qiqa Parulava bildirib.

Oxşar