Qiorqi Şaraşidze, parlamentdə bu gün baş verən qarşıdurmaya görə hüquqi reaksiya tələb edəcəyini bildirir

19:39, 26.06.2026

 

Hansı radikallıqdan və nifrət nitqindən söhbət gedir? Zorakılığa görə başqalarını ittiham edirlər, özləri isə qudurmuş, zülmkar radikallardır – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Qiorqi Şaraşidze parlamentdəki qarşıdurmadan sonra deyib.

Onun sözlərinə əsasən, “Gürcü Arzusu”nun üzvləri “fərqli düşünən istənilən insanı yeməyə hazırdırlar”.

“Xalq birbaşa gördü və hər kəs üçün aydın olur. Hansı radikallıqdan və nifrət nitqindən söhbət gedir? Zorakılığa görə başqalarını ittiham edirlər, özləri isə qudurmuş, zülmkar radikallardır. Fərqli düşünən istənilən insanı “yeməyə” hazırdırlar. Kimin başladığını bilmirəm, mən tribunada idim, hadisə bir neçə saniyə əvvəl başlamışdı, lakin dəqiq bilirəm ki, Qiqa Parulavaya hücum etdilər. Çıxışımı kəsib zala tərəf getdim və orada amansız dava davam etdi. Baş nazir adlanırsan, parlamentə illik hesabatla gəlmisən, buna necə yol verirsən, buna necə yol vermək olar, hansı mənlikdən söhbət gedir? Onlara zorakılıq etmək üçün icazə verilib, nə istəyirlər, onu da edirlər. Rusca bir söz var, gürcü dilində yaxşı qarşılığı yoxdur – “bespredel”dir. Adi özbaşınalıq. Soruşsan, özlərinə hakimiyyət deyirlər və hansısa strukturları təmsil edirlər. Kobaxidzeyə sədaqəti dava və yumruqla sübut edirlər? Mənim tərəfimdən deyilmiş bircə dənə də olsun həddi aşan söz tapa bilməzsiniz. Zalda nə baş verdiyini bilmirəm, lakin əminəm ki, Qiqa da dava ilə nəticələnə biləcək hərəkətə yol verməzdi. Siz bizim komandanın estetikasını bilirsiniz. Elə ki onlara acı həqiqəti deyirsən, özlərindən çıxırlar” – Qiorqi Şaraşidze bildirib.

Qiorqi Şaraşidze hüquqi reaksiya tələb edəcəyini bildirir.

“Bizə kişilikdən və mərdlikdən dəm vururlar, bəs 89 nəfərin 12 nəfərə qarşı hücum çəkməsi haranın qaydasıdır? Bu, cinayətdir. Hüquqi reaksiya tələb etmək niyyətindəyik. Bəs neyləyəcəyik, bunu beləcə qoymayacağıq axı. Hər kəs öz adı ilə çağırılmalıdır. Baş verənləri nəzərdən keçirəcəyik və kimə qarşı yönələcəyini, zorakılığı kimin başlatdığını görəcəyik” – Qiorqi Şaraşidze bildirib.

Gürcüstan Parlamentində fiziki qarşıdurma baş verib.

Oxşar