Qiorqi Şaraşidze – “Gürcü Arzusu” Gürcüstanı Avropadan mümkün qədər uzaqlaşdırmaq üçün hər şeyi edir və öz yalanlarına dolaşıb
“Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Qiorqi Şaraşidzenin bəyanatına əsasən, “Gürcü Arzusu” Gürcüstanı Avropadan uzaqlaşdırmağa, nəyin bahasına olursa-olsun hakimiyyəti qoruyub saxlamağa çalışır və öz yalanlarına dolaşıb.
Şaraşidze, guya Avropa Parlamentinin qətnaməsinin Gürcüstan kilsəsinə qarşı mübarizə apardığı iddiasının yalan olduğunu deyib.
“Dünən plenar iclasda Avropaya İnteqrasiya Komitəsinin sədrinin çıxışı başdan-ayağa yalanlar üzərində qurulmuşdu. Sən demə, bu qətnamə Gürcüstan kilsəsinə qarşı mübarizə aparır. Bizə qətnamədən Gürcüstan kilsəsinə qarşı yönəlmiş tək bir cümlə göstərsin. “Gürcü Arzusu”nun özü öz yalanlarında itib-batıb və dolaşıb. Gürcüstanı Avropadan mümkün qədər uzaqlaşdırmaq üçün hər şeyi edir. Hakimiyyət vəziyyəti yaxşılığa doğru dəyişmək üçün heç bir şey etmir. “Gürcü Arzusu” üçün reallıq hakimiyyəti nəyin bahasına olursa-olsun necə qoruyub saxlamaqdır. İkinci, əsl reallıq da var – qanunun aliliyinin pozulduğu və insan hüquqlarının qorunmadığı reallıq. Qalan hər şey “Gürcü Arzusu”nun hakimiyyəti qoruyub saxlamağa xidmət edən illüziyalarıdır” – Qiorqi Şaraşidze Gürcüstanın Birinci Kanalına açıqlayıb.
Avropa Parlamenti iyunun 17-də keçirilən iclasında Gürcüstanla bağlı qətnamə qəbul edib.