Qiorqi Qvarakidze – Davit Mikadze barəsində beynəlxalq miqyasda axtarış elan edilib, İnterpol işləyir və yəqin ki, saxlayacaqlar

14:37, 24.06.2026

 

Davit Mikadze barəsində beynəlxalq miqyasda axtarış elan edilib, İnterpol işləyir və yəqin ki, saxlayacaqlar – bu haqda Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze bildirib.

O, Davit Mikadzenin “qırmızı bülleten”lə axtarışa verildiyini deyib.

“Davit Mikadze barəsində beynəlxalq miqyasda axtarış elan edilib və o, “qırmızı bülleten”lə axtarışa verilib. Siz “İspaniya Davit Mikadzeni niyə tuta bilməyib?, İspaniya dövlətinin hüquq-mühafizə orqanlarının Gürcüstan tərəfindən axtarışa verilmiş şəxsi niyə saxlaya bilmədiyini” məndən soruşursunuz. İnterpol işləyir və yəqin ki, onu saxlayacaqlar” – Qvarakidze qeyd edib.

Oxşar