Qiorqoba bayramı ilə əlaqədar cəzaçəkmə müəssisələrində bağlamaların qəbulu sabahdan başlayacaq

19:33, 19.11.2025

 

Qiorqoba bayramı ilə əlaqədar cəzaçəkmə müəssisələrində bağlamaların qəbulu başlayır. Məlumatı Xüsusi Penitensiar Xidmət yayır.

Onların məlumatına əsasən, bağlamaların qəbulu noyabrın 20-21-də saat 09:00-dan 18:00-dək mümkün olacaq.

“Xüsusi Penitensiar Xidmətin tabeliyindəki bütün cəzaçəkmə müəssisələri Qiorqoba bayramı ilə əlaqədar təqsirləndirilən şəxslər/məhkumlar üçün bağlamaları qəbul etməyə başlayırlar. Cəzaçəkmə müəssisələrində bağlamaların qəbulu noyabrın 20-21-də saat 09:00-dan 18:00-dək mümkün olacaq” – qurumun məlumatında qeyd olunub.

Oxşar