Qiorqitsminda kəndi yaxınlığında torpaq kütləsinin sürüşməsi səbəbindən, avtomobil nəqliyyatının hərəkəti müvəqqəti olaraq qadağan edilib
Respublika əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 96-cı km-də (Qiorqitsminda kəndi) torpaq kütləsi sürüşüb. Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında deyilir.
Avtomobil Yolları Departamentində qeyd etdikləri kimi, güclü yağış torpaq kütləsinin sürüşməsinə səbəb olub.
Qurumun məlumatına əsasən, qeyd olunmuş hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.