Parlament sədrinin birinci müavini Qiorqi Volski Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla görüşüb. Məlumatı parlamentin mətbuat xidməti yayır.
Onların məlumatına əsasən, görüşdə tərəflər əsasən Gürcüstan və Ermənistan arasında münasibətlərə dair məsələlər haqda danışıblar və gələcək əməkdaşlıq barədə razılığa gəliblər.
“Görüşdə regionda, eləcə də ümumiyyətlə dünyada gedən prosesləri müzakirə etdik. Həmçinin, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq məsələlərinə diqqət yetirildi. Yaxın gələcəkdə hər iki ölkənin parlamentlərində dostluq qrupları yaradılacaq və ümid edirəm ki, parlamentlər arasında əməkdaşlıq daha da fəallaşacaq. Bununla yanaşı, cənab səfirə Avropa Şurası Parlament Assambleyası çərçivəsində keçirilən son iclaslarda Ermənistan nümayəndə heyətinin həmrəyliyinə, Gürcüstanın mövqeyini bölüşdüyünə və dəstəyə görə təşəkkür etdim” – Qiorqi Volski görüşdən sonra bildirib.