Qiorqi Vaşadze - Sanksiyalar zorakılığın, qeyri-qanuni həbslərin və rejimin repressiyalarının cəzasız qalmayacağına dair beynəlxalq birliyin aydın siqnalıdır
Sanksiyalar zorakılığın, qeyri-qanuni həbslərin və rejimin repressiyalarının cəzasız qalmayacağına dair beynəlxalq birliyin aydın siqnalıdır – bu haqda “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin partiyanın mətbuat xidməti tərəfindən yayılmış bəyanatında qeyd olunub.
O bildirib ki, azad Gürcüstanın yeganə seçimi və qələbə yolu – daha çox Avropa, daha çox təhlükəsizlik, daha çox investisiyadır.
“Dünən gördüyümüz sanksiyalar gürcü xalqının davamlı etirazının nəticəsidir. Bu, zorakılığın, qeyri-qanuni həbslərin və rejimin repressiyalarının cəzasız qalmayacağına dair beynəlxalq birliyin aydın siqnalıdır. İvanişvili rejimi əsas təhlükədir və onun propaqandaçılarının uydurulmuş düşmənlər haqqında nağılları və Tsulukianinin xəyanət komissiyası tərəfindən tarixi dəyişdirmək cəhdi bu reallığı dəyişə bilməz. Rejimin ətrafında dairə daralır, hamı başa düşür ki, İvanişvili Gürcüstanı tək, müdafiəsiz buraxır, burada yalnız kasıblıq və sanksiyalar var. Daha çox Avropa, daha çox təhlükəsizlik, daha çox investisiya bizim yolumuzdur. Bu, azad Gürcüstanın yeganə seçimi və qələbə yoludur” – Qiorqi Vaşadze bildirib.