Qiorqi Vaşadze - Mübarizə dayanmır, oktyabrın 4-də hamımız birlikdə Gürcüstanın gürcü xalqına məxsus olduğunu rejimə sübut etməliyik
Qiorqi Vaşadze - Mübarizə dayanmır, oktyabrın 4-də hamımız birlikdə Gürcüstanın gürcü xalqına məxsus olduğunu rejimə sübut etməliyik

 

Mübarizə dayanmır, oktyabrın 4-də hamımız birlikdə Gürcüstanın gürcü xalqına məxsus olduğunu rejimə sübut etməliyik – bu haqda “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin “Facebook” səhifəsində dərc olunan paylaşımında deyilir.

Qiorqi Vaşadze bildirib ki, cəfəng ittihamla Levan Xabeişvilinin saxlanılması rejimin öz zəifliyini dərk etdiyini və cəmiyyətdə dəstəyinin olmadığını açıq şəkildə göstərir.

“Levan Xabeişvili görkəmli mübariz liderlərdən biridir. Onun bu gün tamamilə cəfəng ittihamla saxlanılması rejimin öz zəifliyini dərk etdiyini və cəmiyyətdə heç bir dəstəyinin olmadığını açıq şəkildə göstərir. Sülh və ədalətli dəyişiklik xalqımızın gücü və seçimidir. Mübarizə dayanmır, oktyabrın 4-də hamımız birlikdə Gürcüstanın gürcü xalqına məxsus olduğunu rejimə sübut etməliyik. Sona qədər mübarizə! Azadlığa qədər mübarizə!” – Qiorqi Vaşadze yazır.