Qiorqi Vaşadze - Bu gün, 31 martda, biz bir daha təsdiq edirik ki, Gürcüstanın seçimi azadlıqdır
Bu gün, 31 martda, biz bir daha təsdiq edirik – Gürcüstanın seçimi azadlıqdır – bu haqda “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin partiyanın mətbuat xidməti tərəfindən yayılmış bəyanatında deyilir.
“Bu gün, 31 martda, biz bir daha təsdiq edirik – Gürcüstanın seçimi azadlıqdır! 34 il əvvəl, bu gündə, gürcü xalqı yekdilliklə dedi: Bəli, biz müstəqil ölkəyik! Bu, ləyaqət, azadlıq və müstəqillik xeyrinə seçim idi. Bu, birlik olmaqla əldə etdiyimiz qələbə idi!
Bu gün, 34 il sonra, yenə eyni qüvvələr seçimimizi yenidən nəzərdən keçirməyə çalışırlar. Yenə istəyirlər ki, Gürcüstan tək qalsın, zəifləsin, korrupsiyaya, yoxsulluğa və xaosa batıb getsin. Yenə zorakılıq və repressiyalarla Gürcüstanı dayandırmağa çalışırlar. Lakin, yolumuz Avropaya gedir! Gələcəyimiz təhlükəsiz, güclü, inkişaf etmiş, qorunan və vahid Gürcüstandır! Gürcüstan bu mübarizəni yenə qazanır! Çünki, Gürcüstan yenə bir yerdədir! Çünki, azadlıq heç vaxt məğlub olmur!
Bu gün 31 martda çıxaq və bir daha gücümüzü, birliyimizi və qələbə inamımızı göstərək! Hər kəsə eşitdirək– Gürcüstan heç vaxt keçmişə qayıtmayacaq! Biz irəli gedirik – qələbəyə doğru! Yaşasın azadlıq! Yaşasın Gürcüstan!” – Qiorqi Vaşadzenin bəyanatında qeyd olunub.