Qiorqi Vaşadze - Avropa Parlamentinin qətnaməsi hər kəsə cavabdır ki, ümumi mübarizənin alternativi yoxdur, qeyri-legitim rejimin tamamilə dağılması və yeni, ədalətli seçkilər sonrakı addımdır
Qiorqi Vaşadze - Avropa Parlamentinin qətnaməsi hər kəsə cavabdır ki, ümumi mübarizənin alternativi yoxdur, qeyri-legitim rejimin tamamilə dağılması və yeni, ədalətli seçkilər sonrakı addımdır

 

Avropa Parlamentinin bugünkü qətnaməsi daha bir uğurdur və hər kəsə cavabdır ki, ümumi mübarizə və birliyin alternativi yoxdur – bu barədə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin “Facebook” səhifəsində dərc olunan paylaşımında deyilir.

Vaşadzenin qeyd etdiyi kimi, bu qətnamə gürcü xalqının fasiləsiz müqavimətinin nəticəsidir.

“Qətnamədə birbaşa yazılıb ki, İvanişvili rejimi qeyri-legitimdir və tanınmır. Avropa gürcü xalqını yeganə legitim hakimiyyətin mənbəyi kimi tanıdı. Bu gün bir daha təsdiq edir, rejim ölkə daxilində və onun hüdudlarından kənarda iflasa uğrayıb və heç bir zorakılıqla hakimiyyəti qoruyub saxlaya bilməyəcək. Müvafiq olaraq, qələbənin düsturu birlik, vicdan məhbuslarının azad olunması və yeni, ədalətli parlament seçkilərinin təyin edilməsidir.
Sonrakı addım – qeyri-legitim rejimin tamamilə dağılması və yeni, ədalətli seçkilərdir.

Hakimiyyət xalqa qayıtmalıdır! Gürcüstanın azad edilməsinin vaxtıdır. Bu mübarizədə biz qalib gələcəyik!” – Qiorqi Vaşadze yazır.

Avropa Parlamenti Gürcüstan haqda qətnaməni düzəlişlərlə təsdiqləyib. Gürcüstanda mövcud vəziyyətlə əlaqədar bu gün qəbul edilən qətnamə haqda Avropa Parlamentinin səhifəsində press-reliz dərc olunub.