Qiorqi Tabaqari – İrakli Ğaribaşvilinin byanatından sonra bunun mənası olub olmadığını bilmirəm, lakin bəyanatına səhv vurğular qoydu
İndi Parlament qarşısında baş verən şiddətdə günahlandırılmağımız ağlasığmazdır. Bu insanlar məsuliyyətsiz addımlar atır, birbaşa şiddətə təhrik edirlər və ya şiddətdə özləri iştirak edirlər, – deyə “Tbilisi Pride” nin təşkilatçılarından biri Qiorqi Tabaqari dedi.
Onun sözlərinə görə, Gürcüstan baş nazirinin “Ləyaqət marşı” ilə bağlı hazırkı bəyanatı məsuliyyətsizdir.
“Bütün bunları izləmək təəssüf doğurur. Bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Baş verənlər dünyəviliyin, demokratik qurumların və dövlətin ən böyük böhranıdır. Bu, ölkənin gələcəyi üçün fəlakətlidir. Daxili İşlər Nazirliyi ilə danışıqlar apardıq və hələlik onlardan bir həll gözləyirik. Gürcüstanın baş naziri bəyanatında səhv vurğular edərək çox məsuliyyətsiz açıqlama verdi.
Qarşıdurma yaşanmasın deyə əlimizdən gələni edirik. Hirslərini xərclədikləri yerə sərf edə bilərlər, lakin parlamentin yaxınlığında çadırları sökən və məhv edən insanların nə düşündüyündən asılı olmayaraq dinc yürüş etməyi bacarmalıyıq” dedi Tabaqari.