Qiorqi Sioridze – Ölkəmiz üçün məhkəmə prosesi presedent xarakteri daşıyır, məsələ bir milyon gürcünün seçiminin əlindən alınmasından gedir, təkpartiyalı diktaturanın qanuniləşdirilməsi təhlükəsi yaranır

18:20, 22.10.2026

 

Bütün siyasi müxalifətin bir məhkəmə prosesində, bir çəkişmədə, bir iddiada birləşməsi presedentini dünya xatırlamır – bu barədə “Lelo – Güclü Gürcüstan”ın üzvü Qiorqi Sioridze açıqlayıb.

O, ölkədə təkpartiyalı diktaturanın qanuniləşdirilməsi təhlükəsinin olduğunu deyib.

“Siyasi müxalifətin bir iddiada birləşdirilməsini nə bir ölkənin milli qanunvericilik təcrübəsi, nə də beynəlxalq məhkəmələrin təcrübəsi tanıyır. Üstəlik ölkəmiz üçün bu, presedent xarakterlidir. Bizim halımızda söhbətin bir milyon gürcünün seçiminin real olaraq əlindən alınmasından getdiyini nəzərə alsaq, praktiki olaraq təkpartiyalı diktaturanın qanuniləşdirilməsi təhlükəsi yaranır. Konstitusiya Məhkəməsi məsləhətləşmə üçün Strasburq Məhkəməsinə müraciət edə bilərdi, lakin bu vəsatəti təmin etmədi” – Sioridze açıqlayıb.

Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsi “Lelo”nun beş partiyanın qadağan edilməsi barədə iddianın məsləhət rəyi üçün Strasburqa göndərilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Oxşar