Qiorqi Sioridze - İvanişvili uzun müddətdir bizi partiyaları ləğv etməklə hədələyir, “Gürcü Arzusu” nə edirsə etsin, biz vaz keçmək və dayanmaq niyyətində deyilik
İvanişvili uzun müddətdir bizi partiyaları ləğv etməklə hədələyir. Bunun indi təşəbbüsünün irəli sürüldüyü forma tamamilə konstitusiyaya zidd, özbaşınalıqdır və İvanişvilinin siyasi opponentlərini siyasi meydandan yoxa çıxarmaq məqsədi daşıyır – bu barədə “Lelo – Güclü Gürcüstan”ın üzvü Qiorqi Sioridze bildirib.
Sioridze dəyişiklik layihəsi ilə bağlı şərh verib və bu layihəyə əsasən, konstitusiya iddiası təmin olunacağı təqdirdə, konkret şəxslərin partiya yaratması, üzv olması, siyasi vəzifə tutması, partiyanın maliyyələşdirilməsi və siyahıya daxil olması qadağan oluna bilər.
Qiorqi Sioridze bildirib ki, “Güclü Gürcüstan-Lelo” “Gürcü Arzusu”nun hər addımına hazırdır və vaz keçmək niyyətində deyil.
“Biz, “Güclü Gürcüstan-Lelo” rejimin istənilən reaksiyasına hazırıq. İvanişvilinin bütün ölkəni yaşadacağı siyasi sistemi yaxşı dərk edirik, lakin onların bütün addımlarına hazırıq. Biz hər zaman deyirdik ki, mübarizənin istənilən dinc və konstitusion formasından istifadə ediləsidir. “Gürcü Arzusu” nə edirsə etsin, biz vaz keçmək və dayanmaq niyyətində deyilik. Cəmiyyətin konsolidə olması və cəmiyyətlə birlikdə bu utancverici səhifəni Gürcüstan tarixində birdəfəlik və əbədi olaraq çevirmək üçün hər şeyi edəcəyik” – Qiorqi Sioridze bildirib.