Qiorqi Şaraşidze - Saakaşvili cinayəti harada törədibsə, cəzanı da orada çəkməlidir, o, siyasi məhbus deyil
Qiorqi Şaraşidze - Saakaşvili cinayəti harada törədibsə, cəzanı da orada çəkməlidir, o, siyasi məhbus deyil

 

Saakaşvilinin bu ölkə qarşısında çoxlu cinayətləri var və cavab verməlidir. Onun müstəqil məhkəmə tərəfindən mühakimə olunması arzuolunandır – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü, müxalifətçi millət vəkili Qiorqi Şaraşidze deyib.

Şaraşidzeyə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podoliakın “Saakaşvilinin gətirilməsi gündəliyimizin bir hissəsidir, Gürcüstanın rəsmi hakimiyyətinə müraciət edirik, Ukraynaya olmasa belə, heç olmasa başqa bir ölkəyə tibbi məqsədlərlə aparmağımıza imkan versinlər” deyə verdiyi bəyanatı ilə bağlı sual veriblər.

“İstəyirlərsə, onu Ukraynaya qaytarsınlar. “Gürcü Arzusu” Saakaşviliyə o qədər iş gördürüb ki, ola bilsin, hətta qaytarsınlar. Gürcüstanın maraqları Ukraynanın maraqlarından daha vacibdir. Saakaşvili “Gürcü Arzusu”nun vacib funksiyasını yerinə yetirdi – üç seçkini Saakaşvili və “Milli Hərəkat” faktoru ilə qazanıblar. Əgər zəruri hesab etsə, onu hətta verəcəklərini də istisna etmirəm. Cinayəti harada törədibsə, cəzanı da orada çəkməlidir. Saakaşvili siyasi məhbus deyil, bu ölkə qarşısında çoxlu cinayətləri var və cavab verməlidir. Saakaşvilinin müstəqil məhkəmə tərəfindən mühakimə olunması arzuolunandır və bu zaman da gələcək” – Qiorqi Şaraşidze bildirib.