Qiorqi Şaraşidze - Cəmiyyət sual verməlidir, əsl müxalifətçi kimdir?
Özünüidarəetmə seçkilərinin boykot edilməsi böyük səhv, dinc yolla çevriliş cəhdi isə məsuliyyətsiz təxribat idi – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü, deputat Qiorqi Şaraşidze deyib.
O, ölkədə gedən proseslərdə, o cümlədən 4 oktyabr hadisələrində “Gürcü Arzusu”, eləcə də “Milli Hərəkat”ın iştirak etdiyini bildirib.
“Kimin hansı məqsədi olduğunu zaman göstərəcək. Nəticədə bütün bunlar “Gürcü Arzusu”nu hər tərəfdən gücləndirdi. Çıxaraq müxalifətçilik üçün hər şeyi edəsən və başqasının müxalifətçiliyinə şübhə edəsən, lakin bu vaxt öz hərəkətlərinlə “Gürcü Arzusu”nu gücləndirəsən, nə deməkdir? Cəmiyyət sual verməlidir, əsl müxalifətçi kimdir?” – Şaraşidze bildirib.