Qiorqi Sacaia “Cinayətin Qarşısının Alınması, Azadlıqdan Məhrumetmə ilə Əlaqədar Olmayan Cəzaların İcrası və Probasiya Milli Agentliyi”nin rəhbəri təyin edilib

19:59, 18.08.2026

 

Ədliyyə Nazirliyinin publik hüquqi şəxs “Cinayətin Qarşısının Alınması, Azadlıqdan Məhrumetmə ilə Əlaqədar Olmayan Cəzaların İcrası və Probasiya Milli Agentliyi”nin rəhbəri vəzifəsinə Qiorqi Sacaia təyin olunub. Yeni rəhbəri qurumun əməkdaşlarına ədliyyə naziri Paata Salia təqdim edib.

Paata Salia Qiorqi Sacaiaya “Cinayətin Qarşısının Alınması, Azadlıqdan Məhrumetmə ilə Əlaqədar Olmayan Cəzaların İcrası və Probasiya Milli Agentliyi”nin rəhbəri vəzifəsində uğurlar arzulayıb, agentliyin sabiq rəhbəri Nika Tsxvaraşviliyə isə gördüyü işlərə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Qiorqi Sacaianın “Cinayətin Qarşısının Alınması, Azadlıqdan Məhrumetmə ilə Əlaqədar Olmayan Cəzaların İcrası və Probasiya Milli Agentliyi”ndə çoxillik iş təcrübəsi var. O, qurumda rəhbər vəzifələri tuturdu, rəhbər təyin edilənə qədər isə Gürcüstanın Daxili İşlər Nazirliyində çalışırdı.

Oxşar