Qiorqi Qvarakidze FBI-ın Tbilisi ofisinin rəhbəri Aleks Tiqay ilə görüşüb
Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze FBI-ın Tbilisi ofisinin rəhbəri Aleks Tiqay ilə görüşüb.
Baş Prokurorluqda keçirilən görüşdə baş prokurorun müavini Amiran Quluaşvili, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Qiorqi Mikava, Baş Prokurorluğun və Amerika Birləşmiş Ştatlarının səfirliyinin nümayəndələri iştirak edirdilər.
Görüş zamanı FBI-ın Tbilisi ofisinin rəhbəri, uğurlu əməkdaşlığa görə Federal Təhqiqat Bürosunun direktoru Keş Patelin təşəkkür məktubunu baş prokurora təqdim edib.
Tərəflər Gürcüstan Prokurorluğu ilə Federal Təhqiqat Bürosu arasında mövcud olan əməkdaşlığın əsas istiqamətlərini, həmçinin gələcək əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Məlumatı Gürcüstan Prokurorluğunun mətbuat xidməti yayır.