Qiorqi Qaxarianı İstintaq Komissiyasının iclasına bir daha çağıracaqlar

13:21, 23.06.2025

 

“Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxarianı parlamentin İstintaq Komissiyasının iclasına bir daha çağıracaqlar.

Sözügedən qərarı iclasda səsvermə nəticəsində qəbul ediblər.

Qiorqi Qaxarianı iyunun 16-da yenidən komissiyanın iclasına çağırıblar. Qaxaria bu gün, iyunun 23-də İstintaq Komissiyasının iclasına getməli idi.

“Qaxaria Gürcüstan Naminə” partiyası sözügedən məsələ ilə bağlı Qiorqi Qaxarianın Gürcüstanda olmaması və komissiyada distant şəkildə iştirak etməyə hazır olması haqda dünən, iyunun 22-də bəyanat yaydı.

İstintaq Komissiyası Qaxarianı distant şəkildə dindirməkdən imtina edib.

Oxşar