Qiorqi Qaxaria turizm sektorunun bərpa olunması planı ilə bağlı görüş keçirdi
Hökümət, turizm sektorunun bərpası üzrə strategiya planı üzərində aktiv şəkildə işləyir – baş nazirin mətbuat xidmətinin məlumatına görə, bu məqsədlə, bu gün Hökümət Administrasiyasında baş nazir Qiorqi Qaxarianın rəhbərliyi ilə görüş keçirildi.
Qaxaria qeyd etdi ki, iqtisadiyyatın açılması və böhranın idarəolunması hökümətin əsas prioritetinə çevrilir və effektiv addımların atılması mütləqdir.
Baş nazirin tapşırığı ilə İqtisadiyyat və Sabit İnkişaf Nazirliyi, Milli Turizm Administrasiyası və müvafiq iadrələr mövzu üzərində aktiv şəkildə işləyirlər.