Qiorqi Qaxaria seçicilərin tam bazasının neytral, obyektiv platformaya verilməsini tələb edir
“Qaxaria Gürcüstan Naminə”nin lideri Qiorqi Qaxaria bildirir ki, ölkənin vətəndaşları seçicilərin tam bazasının neytral, obyektiv platformaya verilməsini tələb etməlidirlər.
Qiorqi Qaxarianın izah etdiyi kimi, 26 oktyabr seçkilərində iştirak etmiş Gürcüstan vətəndaşları qeyd olunan bazada aşağıdakı məlumatları yoxlaya bilməlidirlər: seçkilərdə iştirak edib-etmədiyini; hansı məntəqədə iştirak edib; saat neçədə iştirak edib.
Qiorqi Qaxaria bildirib ki, məlumatların yoxlanılması “seçkilərin mümkün saxtalaşdırılmasını müəyyən etməyi” mümkün edəcək.