Qiorqi Qaxaria - Partiyamız "Gürcü Arzusu"nun qeyri-legitim parlamentinə legitimlik verməyəcək, nöqtə !
“Qaxaria Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxaria oktyabrın 26-da keçirilən seçkilərin nəticələrini tanımadığını və parlamentə legitimlik verməyəcəyini bildirir.
Eyni zamanda, Qaxaria prezident Salome Zurabişvilinin dünən elan etdiyi aksiyaya partiyasının qoşulacağını deyib.
“Hər şeyin möhkəmlənməsi üçün etiraz aksiyası da olduqca mühümdür və biz bu günə qədər olduğu kimi seçicilərimizin olduğu yerdə olacağıq. Həmçinin, partiyamız “Gürcü Arzusu”nun qeyri-legitim parlamentinə legitimlik verməyəcək, nöqtə!” – Qaxaria bildirib.