Qiorqi Qaxaria - Konstitusiya Məhkəməsi və bütün təsisatlar ciblərindədir, onlara istədiklərini etdirirlər
Konstitusiya Məhkəməsi, eləcə də bütün digər məhkəmələr və təsisatlar ciblərindədir. Onlara istədiklərini etdirirlər – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının sədri Qiorqi Qaxaria deyib.
Qaxaria, Salome Zurabişvilinin və müxalifətin 30 nümayəndəsinin seçkilərin konstitusiyaya zidd elan edilməsi ilə əlaqədar iddialarını məhkəmənin icraata qəbul etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına münasibət bildirib.
“Ölkədə təsisatlar artıq yoxdur, dövlət və hökumətimiz artıq yoxdur. Bunu davam etdirsələr, indi polisə etdikləri kimi polisi məhv etsələr, ölkədə xaos olacaq. Bu xaosa şəxsən İvanişvili cavabdeh olacaq” – Qiorqi Qaxaria bildirib.