Qiorqi Qaxaria - Gözyaşardıcı qaz və su şırnağından istifadə əmrini mən vermişəm, xüsusi vasitələrdən istifadə etmək əmri nə mən, nə də mənim müavinlərim tərəfindən verilib
Qiorqi Qaxaria - Gözyaşardıcı qaz və su şırnağından istifadə əmrini mən vermişəm, xüsusi vasitələrdən istifadə etmək əmri nə mən, nə də mənim müavinlərim tərəfindən verilib

 

Gözyaşardıcı qaz və su şırnağından istifadə əmrini mən vermişəm, xüsusi vasitələrdən istifadə etmək əmri nə mən, nə də mənim müavinlərim tərəfindən verilib – bu haqda Gürcüstanın sabiq daxili işlər naziri, sabiq baş nazir Qiorqi Qaxaria “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən istintaq komissiyası”nın iclasında bildirib.

Qaxarianın qeyd etdiyi kimi, əgər xüsusi vasitələrin istifadəsi ilə bağlı əmrin olması barədə məlumatı olsaydı, ifadə verərkən bu barədə istintaqa məlumat verərdi.

“Xüsusi vasitələrin istifadəsi ilə bağlı müvafiq plan və polis haqqında qanuna uyğun olaraq, gözyaşardıcı qaz və su şırnağı ilə bağlı əmri mən vermişəm. Digər hallarda isə, xüsusi vasitələrdən istifadə etmək əmri nə mən, nə də mənim müavinlərim tərəfindən verilib. Eyni cavab ifadə protokolunda da yer alır” – Qiorqi Qaxaria qeyd edib.

Komissiyanın rəhbəri Tea Tsulukianinin “Rezin güllələrdən istifadə əmrini kimin verdiyi məlumdur yoxsa yox, yoxsa özbaşınalıq olub?” sualına, Qaxaria cavabında qeyd edib:

“Dediyimi deyirəm. Nə mən, nə də mənim müavinlərim tərəfindən belə bir əmr verilib. Əgər belə bir əmrin olması və ya kiminsə verdiyi barədə məlumatım olsaydı, əlbətdə, ifadə verərkən bu barədə istintaqa məlumat verərdim” – Qiorqi Qaxaria bildirib.

Tea Tsulukianinin müxtəlif vasitələrin hansı ardıcıllıqla tətbiq edildiyinə dair dəqiqləşdirici sualına cavab olaraq, Qiorqi Qaxaria deyib:

“Məhz polis haqqında qanunda nəzərdə tutulan ardıcıllıqla – əvvəlcə gözyaşardıcı qaz, sonra isə su şırnağı. Xatırladığım qədərilə, güllələr haradasa bu ikisinin – gözyaşardıcı qaz və su şırnağı arasında tətbiq olunmuşdu.

Güllələrin istifadə olunduğu hallara gəlincə, bunlar özünü müdafiə kontekstində istifadə olunmuş güllələr idi. Səhlənkarlıqlar əgər olubsa, bu haqda müvafiq araşdırmalar aparılıb. Əks halda, altı il keçib və siz də, müvafiq olaraq istintaq da bu məsələni araşdıra bilərdi. Rezin güllələrdən istifadəni öyrənəndə reaksiyam rezin güllələrin atılmasını maksimum dərəcədə dayandırmaq üçün əmr vermək oldu. Ən kəskin və qəti şəkildə hər kəsə xəbərdarlıq edildi ki, yalnız özlərinin və ya vətəndaşların həyatlarına birbaşa təhlükə olduqda, polis qanununa uyğun olaraq hərəkət etsinlər. Rezin güllələrin qadağan edilməsi barədə əmri müavinlərimə mən vermişəm” – Qiorqi Qaxaria bildirib.