Qiorqi Qaxaria - Biz mandatları lazım bildiyimiz zaman və formada buraxacağıq, siyahıların çıxarılması haqda söz-söhbət mövcud böhrana görə müxalifətin günahını üzərindən götürəcək bir şey deyil
Siyahıların çıxarılması haqda söz-söhbət böhrana görə müxalifətin günahını üzərindən götürəcək bir şey deyil. Əgər kimsə siyahıların çıxarılması ilə ölkənin içində olduğu böhrana görə məsuliyyəti aradan qaldıracağını düşünürsə, çox yanılır – bu haqda “Gürcüstan Naminə” partiyasının sədri Qiorqi Qaxaria bugünkü brifinqdə deyib.
Qaxarianın qeyd etdiyi kimi, “Gürcüstan Naminə” partiyası nə “Milli Hərəkat”ın, nə də “Gürcü Arzusu”nun gündəmi ilə hərəkət edəcək.
“Siyahıların çıxarılması mövzusuna gəlincə, bu məsələdə heç kim bizə təzyiq göstərə bilməz. Biz açıq şəkildə deyirik ki, bu gün siyahıların çıxarılması mövzusundan qəzəbli seçiciyə real heç nə təklif edə bilməyən insanlar danışır, çünki seçici əslində qəzəblidir. Biz sadə bir şeyi deyirik ki, siyahıların çıxarılması haqda söz-söhbət bu gün içərisində olduğumuz böhrana görə müxalifətin günahını üzərindən götürəcək bir şey deyil. Əgər kimsə siyahıların çıxarılması ilə ölkənin içində olduğu böhrana görə məsuliyyəti aradan qaldıracağını düşünürsə, çox yanılır. İstər “Milli Hərəkat”, istərsə də “Gürcü Arzusu” olsun, əgər kimsə düşünürsə ki, bizə təzyiq göstərməklə hansısa yolla onların gündəmi ilə hərəkət etməyimizə nail olacaqlar, bu belə olmayacaq. Bir daha təkrar edirəm və birinci biz dedik ki, bu parlamentin bizim tərəfimizdən legitimliyi olmayacaq, bunu da dünən təsdiqlədik. Siyahılara gəlincə, biz bunu məhz lazım bildiyimiz zaman və formada edəcəyik və bunu nə “Milli Hərəkat”, nə də İvanişvili və onun partiyasından soruşacağıq. Biz mandatları lazım bildiyimiz zaman və formada buraxacağıq. Bu gün – yox, lazım bildiyimiz zaman buraxacağıq!” – Qiorqi Qaxaria bildirib.