Qiorqi Qaxaria - Bələdiyyə seçkilərinin və "dinc yolla çevriliş" təxribatının nəticələri bir daha göstərdi ki, boykot siyasi arenanı boşaldıb, vətəndaşları müdafiəsiz qoyub
Qiorqi Qaxaria - Bələdiyyə seçkilərinin və "dinc yolla çevriliş" təxribatının nəticələri bir daha göstərdi ki, boykot siyasi arenanı boşaldıb, vətəndaşları müdafiəsiz qoyub

 

Bu gün biz “Gürcüstan Naminə” partiyası ölkə miqyasında yerli bələdiyyələrdə, eləcə də parlamentdə mandatlarımızdan siyasi məkanı qaytarmaq və ictimai rəy uğrunda mübarizə aparmaq üçün istifadə etmək haqda düşünülmüş və prinsipial qərar qəbul etdik – bu barədə “Qaxaria Gürcüstan Naminə”nin lideri Qiorqi Qaxaria X sosial şəbəkəsində yazır.

Qaxarianın yazdığı kimi, “İndi hamımız birlikdə gürcü xalqının qəlbini və ağlını fəth etməliyik”.

“2025-ci ilin oktyabrında keçirilmiş bələdiyyə seçkiləri və oktyabrın 4-də “dinc yolla çevriliş” təxribatı cəhdinin nəticələri bir daha göstərdi ki, boykot siyasi arenanı boşaldıb, Gürcüstan vətəndaşlarını “Gürcü Arzusu” rejiminin təbliğatı və repressiyaları qarşısında müdafiəsiz qoyub, onun avtoritar idarəçiliyini gücləndirib və radikallaşmanı dərinləşdirib. İndi hamımız birlikdə millətimizin Avropa ailəsinin bir hissəsi olmaq kimi sivilizasiya seçimini və bu seçimin təməl daşı kimi Gürcüstan Konstitusiyasının 78-ci maddəsini müdafiə etmək üçün gürcü xalqının qəlbini və ağlını fəth etməliyik” – Qiorqi Qaxaria yazır.

“Qaxaria Gürcüstan Naminə” partiyası parlamentə daxil olmaq qərarını qəbul edib.