Qiorqi Qabunia Ermənistan səfiri ilə görüşüb
Qiorqi Qabunia Ermənistan səfiri ilə görüşüb

 

Mədəniyyət komitəsinin sədri Qiorqi Qabunia Ermənistan Respublikasının səfiri Aşot Smbatyan ilə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasında çoxəsrlik münasibətlərdən danışıblar, Ermənistan və Gürcüstanda keçirilmiş tədbirlərə diqqət yetirilib.

“Ermənistan və Gürcüstan arasında güclü mədəni əlaqələr ilə çoxəsrlik dostluq münasibətləri mövcuddur. Görüşdə mədəni əlaqələrin əhəmiyyətini, bu münasibətlərin daha da dərinləşdirilməsini və möhkəmləndirilməsini vurğuladıq” – Qiorqi Qabunia bildirib.

Komitənin sədri iyunda Yerevanda keçiriləcək Gürcü Mədəniyyət Günlərində iştirak etməyə hazır olduğunu bildirib. Ermənistana səfər zamanı birgə mədəni tədbirlərin keçirilməsi baxımından gələcək planları da işləyib hazırlayacaqlar.