Qiorqi Qabitaşvili Gürcüstanın baş auditoru oldu. Parlamentin bugünkü plenar iclasında bir neçə dəqiqə əvvəl Qiorqi Qabitaşvilinin namizədliyi səsə qoyuldu. Onu 84 deputat yekdilliklə dəstəklədi.
Parlamentin sədri Şalva Papuaşvili Dövlət Audit Xidmətinin mühüm konstitusiya orqanı olduğunu və müvafiq olaraq, Qiorqi Qabitaşviliyə uğurlar arzuladığını bildirib.
Qiorqi Qabitaşvili vəzifəyə beş il müddətinə təyin edilib.