Qiorqi Mamardaşvili – Şimali İrlandiyaya qalib gəlmək üçün maksimumu etməliyik #1TVSPORT
Millətlər Liqasının yeni mövsümünün başlamasından əvvəl Gürcüstan yığmasının qapıçısı Qiorqi Mamardaşvili yaxınlaşan qarşılaşmalar barədə danışıb.
“Mühüm oyunlar gəlir. Yaxşı əhval-ruhiyyə ilə gəlmişəm və maksimum dərəcədə hazıram. Əlbəttə ki, bu oyunlar üçün 100% motivasiyalıyıq və ümid edirəm ki, hər dörd qarşılaşmanı uğurla keçirəcəyik.
İlk oyun azarkeşlərimiz olmayacağı üçün nisbətən çətin olacaq, lakin istənilən halda, bu oyunda qalib gəlmək və üç xal almaq üçün futbolçular olaraq maksimumumuzu etməliyik.
Sonra isə artıq Ukrayna ilə qarşılaşmanı düşünəcəyik. Ümid edirəm ki, stadion dolacaq və gürcü azarkeş qələbəni bizimlə birgə bayram edəcək” – Qiorqi Mamardaşvili bildirir.