Qiorqi Kalandarişvili - İki instansiyanın məhkəməsi tərəfindən təsdiqləndi ki, səslər gizli idi, heç kimin seçicinin iradəsini müəyyən etmək imkanı olmayıb
İki instansiyanın məhkəməsi tərəfindən təsdiqləndi ki, səslər gizli idi, heç kimin seçicinin iradəsini müəyyən etmək imkanı olmayıb – bu haqda MSK-nın sədri Qiorqi Kalandarişvili bildirib.
O deyib ki, hardasa marker izinin olması halları varsa, bu o demək deyil ki, seçicinin iradəsi müəyyən edilə bilərdi, bu haqda da heç bir beynəlxalq sənəddə bəhs olunmur.
“İki instansiyanın məhkəməsi tərəfindən təsdiqləndi ki, səslər gizli idi, heç kimin seçicinin iradəsini müəyyən etmək imkanı olmayıb. Həmçinin heç bir əsas yoxdur, heç bir beynəlxalq təşkilatın rəyində, potensial imkan və ehtimal barədə söz-söhbət istisna olmaqla, guya hardasa belə bir pozuntunun baş verməsindən təsdiqlənmiş şəkildə bəhs olunmur. Qurum seçki kabinəsində iradənin ifadə edilməsindən tutmuş, bülletenin səs sayma cihazlarına qoyulmasına qədər, çərçivə formasının olması ilə, bülletenin çevrilərək yerləşdirilməsi ilə istənilən mərhələdə şəxsin iradəsinin təmin olunmasını, seçimin kiminsə tərəfindən görünməməsini təmin etdi. Əgər hardasa marker izinin olması halları varsa, əlbətdə, bu o demək deyil ki, seçicinin iradəsi müəyyən edilə bilər, bu da iki səviyyəli məhkəmə qərarı ilə təsdiqlənib, bundan da heç bir beynəlxalq sənəddə bəhs olunmur” – Qiorqi Kalandarişvili bildirib.