Qiorqi Kalandarişvili - 16 noyabr hadisəsinə görə Davit Kirtadzenin Seçki Administrasiyasında faəliyyəti dörd il müddətinə məhdudlaşdırılacaq
Noyabrın 16-da MSK-nın iclasında baş vermiş fakt hamımızın yaxşı yadındadır, hadisə çərçivəsində də məhkəmə artıq qanun pozuntusunu müəyyən edib, buna görə də sözügedən şəxsin Seçki Administrasiyasında faəliyyəti dörd il müddətinə məhdudlaşdırılacaq, burada istintaq hərəkətlərinin nələri nəzərdə tutması mühümdür – bu haqda MSK-nın sədri Qiorqi Kalandarişvili bildirib.
O, hadisə ilə əlaqədar istintaq hərəkətlərinin aparıldığını deyir.
“Baş vermiş fakt, görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə biləcək acınacaqlı nəticə ilə başa çatmadı. Müəyyən xəsarətlər aldım. Bu gün də məndə müəyyən yanma hissi var, sözügedən gözdə görmənin özü baxımından müəyyən sağlamlıq vəziyyəti mövcuddur, hərçənd xoşbəxtlikdən görmə qabiliyyətimi itirməmişəm, bu ən mühümdür. Qalan hər şeyə istintaq cavab verəcək. Bu, bizim imtiyazımız deyil” – Qiorqi Kalandarişvili bildirib.