Qiorqi Kaxiani - Təəssüf ki, bizim tərəfdaş ölkələrin nümayəndələri Gürcüstanın demokratik təsisatların inkişafı baxımından irəliləyişini ədalətsiz qiymətləndirirlər
Qiorqi Kaxiani - Təəssüf ki, bizim tərəfdaş ölkələrin nümayəndələri Gürcüstanın demokratik təsisatların inkişafı baxımından irəliləyişini ədalətsiz qiymətləndirirlər

Əgər qeyri-hökumət təşkilatlarının şəffaflıq qanununun qəbulu və maliyyə bəyannaməsi demokratiyada geriyə addımdırsa, o zaman belə qiymətləndirmələr sadəcə olaraq anlaşılmazdır. – Bu barədə parlamentin vitse-spikeri Qiorqi Kaxiani məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq araşdırmalar Gürcüstanın demokratik təsisatların inkişafı baxımından irəliləyiş olduğunu göstərir.

“Bizim tərəfdaş ölkələrin nümayəndələrindən belə ədalətsiz qiymətləndirmələri eşidəndə çox təəssüflənirik. Demokratiyadan geri çəkilmək nə deməkdi, bilmirəm. Əgər qeyri-hökumət təşkilatlarının şəffaflıq qanununun qəbulu və maliyyə bəyannaməsi demokratiyada geriyə addımdırsa, o zaman belə qiymətləndirmələr sadəcə olaraq anlaşılmazdır. Lakin əksinə, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən aparılan bütün bu araşdırmalarda Gürcüstanın demokratik təsisatların inkişafı baxımından irəliləyiş olduğunu görürük. Beləliklə, bu cür qiymətləndirmələr sadəcə olaraq anlaşılmazdır”, – Kaxiani bildirib.