Qiorqi Çikovani də ifadə verdikdən sonra Levan Davitaşvili ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin binasını tərk edib
Gürcüstanın Neft və Qaz Korporasiyasının sabiq rəhbəri Qiorqi Çikovani Dövlət Təhlükəsizliyi Xidmətinin binasını tərk edib.
Qiorqi Çikovani Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verirdi.
Sabiq iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili də Dövlət Təhlükəsizliyi Xidmətinin binasını bir az bundan əvvəl tərk edib.
Məlum olduğu kimi, Levan Davitaşvili və Qiorqi Çikovani Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyində davam edən istintaq çərçivəsində, böyük neft şirkətlərindən biri ilə bağlanmış müqavilə ilə bağlı ifadə veriblər.