Qiorqi Botkoveli - Qori Şəhər Məclisinin sədrinin impiçmenti üçün Qaxarianın nümayəndələrinin imzası zəruridir, əgər onlar həqiqətən müxalifət kimi görünmək istəyirlərsə
Qori Şəhər Məclisinin sədrinin impiçmenti üçün Qaxarianın nümayəndələrinin imzası zəruridir, əgər onlar həqiqətən müxalifət kimi görünmək istəyirlərsə – bu barədə “Milli Hərəkat”ın regional katibi Qiorqi Botkoveli deyib.
O bildirib ki, impiçment üçün 12 səs lazımdır və bu səsləri şəhər məclisinin müxalif üzvləri ilə əldə etmək mümkündür.
“Bütün bunların mənim qiymətləndirməmə artıq ehtiyacı yoxdur, Qori Şəhər Məclisinin sədrindən eşitdiyimiz utancverici, xəyanətkar bəyanatı artıq bütün cəmiyyət qiymətləndirib, lakin bu heç kimi təəccübləndirmədi.
Onun birbaşa rus narativinə və ümumiyyətlə, bugünkü dırnaqarası hakimiyyətin tutduğu mövqeyə uyğun olan bir çox bəyanatlarını eşitmişik. O, “Gürcü Arzusu”nun daim eşitdiyimiz mövqeyini ifadə edib. Diqqətçəkən fakt odur ki, bunu İvanişvilinin tapşırığını birbaşa yerinə yetirən Qori Şəhər Məclisinin sədri, mübariz şəhərin sakrebulosunun (şəhər məclisi) sədri edir və bu, onların əsl simasıdır.
İmpiçment proseduruna gəlincə, biz elə dünən sözügedən prosedura başladıq, 9 sakrebulo üzvümüz var, qeyd olunan məsələyə 12 səs lazımdır. Real müxalifət halında 12 səs mümkündür, biz artıq ikinci gündür “Qaxaria Gürcüstan Naminə”nin nümayəndələrini gözləyirik. Birinci mərhələdə imtina etdilər, sonra guya biz onları imtina etməkdə günahlandırdıq və sonra guya düzəliş etdilər və bəyanat yaydılar. Lakin, axşam bu insanlar itdilər və impiçment üçün zəruri olan sənədi imzalamağı bacarmadılar. Kiminsə yanında əgər müxalifət kimi görünmək istəyirlərsə, prosesə vaxtında başlamağımız üçün qeyd olunan sənədi vaxtında imzalasınlar” – Botkoveli bildirib.