Qiorqi Baçiaşvilinin işinin prokuroru - Baçiaşviliyə sərhədi tərk etmək qadağan edilib, bu məsələ araşdırma tələb edir, istintaq mütləq başlanacaq, qətimkan tədbirinin dəyişdirilməsi məsələsi də qiymətləndiriləcək
Qiorqi Baçiaşvilinin Gürcüstanı tərk etməsi məsələsi öyrənilməlidir, istintaq mütləq başlanacaq – bu haqda Müştərək İnvestisiya Fondunun sabiq baş direktoru Qiorqi Baçiaşvilinin işinin prokuroru Mixeil Sadradze bildirib.
O bildirib ki, qətimkan tədbirinin dəyişdirilməsi məsələsi də qiymətləndiriləcək və bundan sonra hüquqi cavab haqda qərar verəcəklər.
“Doğrudan da onun pasportu müsadirə olunub. Sərhədi tərk etmək qadağan edilib, lakin faktiki vəziyyət belədir. Bu məsələ araşdırma tələb edir, bu isə o deməkdir ki, istintaq mütləq başlanacaq. O ki qaldı qətimkan tədbirinin dəyişdirilməsinə, bu da qiymətləndirmə tələb edir və bu vəziyyətdən irəli gələrək, hansı hüquqi cavabın və qiymətləndirmənin olacağına qərar verəcəyik” – prokuror bildirib.