Qiorqi Baçiaşvili sərhədi qanunsuz keçməyə görə həbs qətimkan tədbiri seçilib

17:25, 05.03.2025

Qiorqi Baçiaşvili sərhədi qanunsuz keçməyə görə həbs qətimkan tədbiri seçilib.

Qərarı bir neçə dəqiqə əvvəl Tbilisi Şəhər Məhkəməsinin hakimi elan edib.

Qiorqi Baçiaşvili dünən sosial şəbəkə vasitəsilə Gürcüstanı tərk etdiyini açıqlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq müəyyən edib ki, Baçiaşvili martın 2-də avtomobildə xüsusi gizləndiyi yerdən istifadə edərək, sərhəd-keçid məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini gizli şəkildə keçərək Ermənistan ərazisinə keçib. Bundan sonra o, Ermənistan sərhəd-keçid məntəqəsində adına verilmiş Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən daha bir pasport təqdim edib və nəticədə sərhədi keçib.

Məlumat üçün bildirək ki, Giorgi Baçiaşvili Gürcüstanda iki iş üzrə ittiham olunur. Biri Bitcoin-in mənimsənilməsinə, digəri isə Mtkvari Su Elektrik Stansiyası məsələsinə aiddir. Hər iki halda onun barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar