Qiorqi Baçiaşvili iddia sövdələşməsi əsasında həbsdən azadlığa buraxılıb
Birgə İnvestisiya Fondunun sabiq rəhbəri Qiorqi Baçiaşvili ilə iddia sövdələşməsi imzalanıb.
Bu haqda Gürcüstanın Birinci Kanalına prokurorluqdan deyiblər.
“Birgə İnvestisiya Fondunun sabiq rəhbəri Qiorqi Baçiaşvili bütün cinayət işlərində günahını tam etiraf edib. Həmçinin, istintaqla tam əməkdaşlıq edib, ziyanı ödəyib, bunun əsasında da şərti cəza və cərimə ilə bağlı iddia sövdələşməsi imzalanıb” – Gürcüstan Prokurorluğunda bəyan edirlər.
Məlumat üçün bildirək ki, Birgə İnvestisiya Fondunun sabiq rəhbəri Qiorqi Baçiaşvili martın 5-də sərhədin qanunsuz keçilməsi faktı üzrə həbs cəzasına məhkum edilib. Bununla yanaşı, Qiorqi Baçiaşvili “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilidən kriptovalyutanı mənimsəmək işi üzrə on bir il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət Təhlükəsizliyi Xidməti Qiorqi Baçiaşvilini 2025-ci ilin mayın 27-də saxlayıb.