Qiorqi Aladaşvili Mühafizə Polisi Departamentinə rəhbərlik edəcək
Qiorqi Aladaşvili Mühafizə Polisi Departamentinə rəhbərlik edəcək

 

Qiorqi Aladaşvili Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinə rəhbərlik edəcək. Aladaşvili bu vəzifədə Tbilisi Polis Departamentinin direktor müavini vəzifəsində fəaliyyətini davam etdirəcək Teymuraz Kupatadzeni əvəz edib.

Daxili işlər naziri yeni rəhbəri Mühafizə Polisi Departamentinin əməkdaşlarına təqdim edib. Qeka Qeladze Qiorqi Aladaşvili ilə birlikdə şöbədə işgüzar görüş keçirib və mövcud ehtiyaclar barədə ətraflı məlumat alıb.

Qiorqi Aladaşvili bu vaxta qədər Kaxeti bölgəsində dövlət nümayəndəsi vəzifəsini tutub, Daxili İşlər Nazirliyində uzun illər iş təcrübəsi var.