Qiqi Uqulava Badri Qavaşelişviliyə qarşı fiziki qisas işində təqsirli bilinmədi
Tbilisi Şəhər Məhkəməsində Qiqi Uqulavanın işi üzrə hökm elan edilib. Söhbət hava limanında baş verən insidentə aiddir, o zaman ittiham tərəfi Uqulavanı fiziki qisas almaq üçün cüdoçu Badri Qavaşelişviliyə hücumda ittiham edib.
Hakim Badri Koçlamazaşvili Uqulavaya bəraət verib.
Qigi Uqulava ittihamlar üzrə özünü təqsirli bilməyib . Onun sözlərinə görə, hava limanında onun yanına iki cüdoçu göndərilib.
Hadisə 2019-cu il dekabrın 11-də Tbilisi hava limanında baş verib. Qiqi Uqulava Cinayət Məcəlləsinin zorakılıq tətbiq etməyi nəzərdə tutan 126-cı maddəsi ilə ittiham olunub. O, cüdoçu Badri Qavaşelişvilini döyməkdə ittiham olunub. Qiqi Uqulava ilə yanaşı, Qavaşelişvilinin dostu Davit Parkadze də siyasətçi Qoka Qabaşvilini döyməkdə ittiham olunub. Məhkəmənin qərarına əsasən, o, təqsirli bilinib və cərimələnib.