Qiqa Qventsadzenin "Baxmağa gedir" kitabının təqdimatı keçirilib #1TVSPORT
“BR Time”da İctimai Yayımçının idman şərhçisi Qiqa Qventsadzenin “Baxmağa gedir” kitabının təqdimatı keçirilib.
Tanınmış şərhçi kitabın adını təsadüfən seçməyib – Avropa çempionatı zamanı Portuqaliyanın qapısına penalti təyin edilməzdən əvvəl emosional şəkildə dediyi sözləri azarkeşlər götürdülər, sosial şəbəkələrdə viral şəkildə yayıldı və ilin ifadəsinə çevrildi.
Bu ifadədən ilhamlanaraq şərab etiketi düzəltdilər, köynəklərə yazılar yazdılar, sujetlər, verilişlər həsr etdilər və kliplər çəkdilər.
Kitabın təqdimatında gürcü veteranlar, futbol federasiyasının, media və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirdilər.
Təqdimatda İdman Jurnalistləri Assosiasiyasının prezidenti Mixeil Abaişvili bildirib ki, iki müddət başa çatdıqdan sonra vəzifəsindən gedir və bu vəzifədə komandasının namizədi olan Qiqa Qventsadzeni dəstəkləyir.