Qiqa Parulava - Qiymətlərin artımı ilə bağlı cəmiyyət üçün addımların nə qədər təsirli olacağı və nəticəni nə dərəcədə hiss edəcəkləri vacibdir
Qiymətlərin artımı ilə bağlı, o cümlədən parlamentin kürsüsündən dəfələrlə bəyanat vermişik – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Qiqa Parulava deyib.
Onun sözlərinə əsasən, “Qaxaria Gürcüstan Naminə”nin üzvləri məsələ ilə bağlı danışanda “Gürcü Arzusu”nun nümayəndələri gülümsəyiblər.
“Özlərinin bu məsələ ilə maraqlanması faktdır, əvvəllər də maraqlanmalı idilər. Cəmiyyət üçün hətta hökumət komissiyasının, parlament komissiyasının hərəkətinin nə qədər təsirli olacağı, nəticəni nə dərəcədə hiss edəcəkləri vacibdir. Əsas məsələ konkret addımların nə qədər təsirli olacağı, prosesin nə qədər effektiv şəkildə başa çatdırılacağıdır. Bu konkret tədbirlər vətəndaşlarımızın rifahı üçün vacibdir. Biz qiymətləri öyrənən parlament komissiyasında iştirak edəcəyik” – Qiqa Parulava bildirib.